Məmmədəli Balayev
Doğum tarixi:
10 yanvar 1939
Məmmədəli Bəşir oğlu Balayev Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya olunub.
Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorluq kursunda və Pedoqoji İnstitutun Dil-ədəbiyyat fakültəsində təhsil alıb.
1954-cü ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil edib. Gəncə Dövlət Dram Teatrında aktyor (1961-1973), Gəncə Texniki Peşə Məktəbində kütləvi və mədəni işlər üzrə direktor müavini (1973-1984) olaraq çalışıb. 1984-cü ildə yenidən Gəncə Dövlət Dram Teatrının aktyoru olub. 1990-cı ildə Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərib. Pyesləri var.
1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar bölməsinin sədridir.
"Qızıl Dərviş" mükafatına layiq görülüb (2002).
Əməkdar artist (2000), Xalq artistidir (2014).