Məstan Əliyev

Əsərindən istifadə olunub

Doğum tarixi:

25 iyul 1935

Vəfat tarixi:

31 dekabr 2010


Məstan Rəsul oğlu Əliyev (Məstan Günər) Tovuzun Əsrik-Cırdaxan kəndində anadan olub.

Azərbaycan Dövlət Pedoqoji İnstitutun Dil-ədəbiyyat fakültəsində təhsil alıb (1953-1957).

İlk şeirləri "Sosializm kəndi" rayon qəzetində dərc olunub. Respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şeirləri ilə çıxıb. Publisistik və tənqidi məqalələrlə də çıxış edib. Əsərləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum", "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan Günər" imzaları ilə dərc olunub. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olub. Sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləyib. Bir müddət Azərinformun müxbiri olub. Tovuz rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində də çalışıb. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olub.

Dövlət Mükafatı laureatı (1980) Məstan Əliyev 2010-cu ildə vəfat edib.