Məzahir Süleymanov
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
29 yanvar 1944
Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub.
2 saylı texniki-peşə məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb.
1972-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Oynadığı ilk rol “Azmış oğul” (Rannet) tamaşasında Lembit obrazı olub.
Əməkdar artist (2006), Xalq artistidir (2008).