Minarə Əskərova
Doğum tarixi:
28 iyun 1979
Minarə Balaşah qızı Əskərova Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin Kütləvi tədbirlər və tamaşalar rejissoru ixtisasında təhsil alıb.
Bir müddət “Soy Production”da prodüser kimi çalışıb (2003-2004). 2006-cı ildən İctimai televiziyanın prodüseridir. İctimai televiziyadakı fəaliyyəti dövründə “23 Nisan Uluslararası Çocuk Festivali”, “Biz belə əylənirik” verilişlərinin müəllif-prodüseri, “Gənclik həyatı”, “Biri varmış, biri yoxmuş”, “Addım-addım”, “Film Media”, “Keçmişdən salam var”, “Nübarlı bağ”, “Yadigarlar”, “Din və cəmiyyət”, “Növbədəkilər” verilişlərinin prodüseri olub. Olimpiya hərəkatının genişlənməsi, sağlam və fəal həyat tərzinin təşviqi, həmçinin bədən tərbiyəsi və idmanın geniş ictimaiyyət arasında təbliğində göstərdiyi fəaliyyətinə görə də Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunub. Hazırda “Yaddaş” verilişinin prodüseridir.