Mirsadıq Ağazadə
Doğum tarixi:
09 mart 1962
Mirsadıq Xanoğlan oğlu Ağazadə Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissorluğu fakültəsində təhsil alıb (1991-1996).
215 KL-də rejissor (1997), TGRT (Azərbaycan proqramları) rejissor (1997-1999), Azərbaycan televiziyasında rejissor (1994-2000), Lider televiziyasında rejissor (2001-2004), Space televiziyasında Eksperimental layihələr departamentinin rəhbəri (2005-2010), İctimai televiziyada rejissor (2006-2015), Azad Azərbaycan televiziyasında rejissor (2014-2016) olaraq çalışıb.
Hazırda Azərbaycan Dövlət Film Fondunun əməkdaşıdır.
Rejissor Mirsadıq Ağazadə rejissor Orxan Ağazadə və operator Ruslan Ağazadənin atasıdır.