Mirsalam Mirsalamov
Doğum tarixi:
28 avqust 1984
Mirsalam Ağasəlim oğlu Mirsalamov Bakıda anadan olub.
Azərbaycan Maliyyə-İqtisad Kollecinin Bank işi ixtisasında (1998-2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Mədəniyyətin meneceri ixtisasında (2002-2006) təhsil alıb.
Uzun müddət müxtəlif televiziyalarda prodüser vəzifəsini yerinə yetirib. Space TV-də rejissor assistenti (2000), administrator, prodüser, rejissor (1999-2007), ATV-də icraçı prodüser, baş prodüser, aparıcı (2006-2012), Grand MMC-nin baş direktoru (2012-2013) olub. 2013-cü ildən “Planet Parni iz Baku” studiyasının prodüseri və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru, ATV-də Anons və dizayn qrupunun rəhbəri (2019-2022) vəzifəsində çalışıb. 2024-cü ildən Azərbaycan Respublikası Dənizkənarı Bulvar İdarəsində Strateji inkişaf və marketinq şöbəsinin müdiridir.