Mirvarid Dilbazi

Ssenari müəllifi

Doğum tarixi:

19 avqust 1912

Vəfat tarixi:

12 iyul 2001


Mirvarid Paşa qızı Dilbazi Qazaxın Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub.

Azərbaycan Pedaqоji İnstitutunun Dil və ədəbiyyat-ictimayyət fakültəsində təhsil alıb (1929).

Bir müddət Bakıda və Quba Partiya Məktəbində müəllimlik edib. Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fоndunda şöbə müdiri (1934-1938), “Azərnəşr”də tərcüməçi оlub (1938-1940). 1940-cı ildən yaradıcılıqla fəal məşğul оlmağa başlayıb. "Qadınların hürriyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə işıq üzü görüb. Bir çox kitabların müəllifidir. Bədii əsərlər tərcümə edib.

Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli (1997) Mirvarid Dilbazi 2001-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.