Münəvvər Əliyeva (II)

Aktrisa

Doğum tarixi:

26 iyun 1951


Münəvvər Əli qızı Əliyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1983).

Yaradıcılıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb (1968). 1970-ci ildə təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. 1975-ci ildə Lənkəran Dövlət Dram Teatrı yeni açılarkən ora dəvət alıb. 1988-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub.

1992-ci ildə ailə vəziyyəti ilə əlaqədar xaricə köçüb.

Aktrisa Münəvvər Əliyeva (II) aktyor Nazir Əliyevin həyat yoldaşıdır.