Musa Yaqub

Ssenari müəllifi

Doğum tarixi:

10 may 1937

Vəfat tarixi:

07 may 2021


Musa Yaqub (Müsavat Yaqubov Səfiməmməd oğlu) İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbində təhsil aldıqdan sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. Bakıya köçdükdən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub (1978).

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb.

Milli Məclisin deputatı olub (1995-2000). 

Xalq şairi (2019) Musa Yaqub 2021-ci ildə İsmayıllıda vəfat edib, Buynuz kəndində dəfn olunub.