Nərmin Qaralova
Ssenari müəllifi
Aktrisa
Doğum tarixi:
10 dekabr 1982
Nərmin Ziyadxan qızı Qaralova Bakıda anadan olub.
Asəf Zeynallı adına musiqi kollecində (1997-2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasında (2001-2005, 2005-2007-magistratura) təhsil alıb.
İTV-də aparıcı (2005-2008), AzTV-də aparıcı və redaktor (2008-2014), ADMİU-da mətbuat katibi (2014-2018), Bakı Musiqi Akademiyasında müəllim (2008-2015), dosent (2015), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı olaraq çalışıb.
Hazırda ADMİU nəzdində Bakı Humanitar Kollecin direktorudur.
Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2013).