Natiq Fərzəliyev

Aktyor

Doğum tarixi:

01 fevral 1962


Natiq Aslan oğlu Fərzəliyev (Natiq Aslan) Yevlaxda anadan olub.

5-ci sinifdən Bəşir Səfəroğlu adına Xalq Teatrına üzv olub, Pionerlər evinə gedib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif fakültəsində təhsil alıb (1982-1987).

Arif Ağayevin Meydan Teatrında (1988), Rəşid Nəsiboğlunun “İrs” folklor ansamblında, Nadir Əsgərovun, Eldəniz Zeynalovun özəl teatr studiyalarında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1992-1993), Azərbaycan Dövlət Gənclər Teatrında (1994-2009) çalışıb.

2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.