Nigar Bahadırqızı

Aktrisa

Doğum tarixi:

23 aprel 1988


Nigar Bahadırqızı (Nigar Məmmədova Bahadır qızı / Nigar Aktar) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2005-2009).

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb (2007-2015).

Televiziya aparıcılığı ilə məşğul olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb (2013).

2015-ci ildən Türkiyədə yaşayır.