Nodar Şaşıqoğlu

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

13 mart 1927

Vəfat tarixi:

12 aprel 2013


Nodar İzzətoviç Şaşıqoğlu Gürcüstanın Batumi şəhərində anadan olub. Milliyətcə acardır.

Moskva Teatr Məktəbində təhsil alıb (1950).

Moskvanın Vaxtanqov adına Teatrında, Taqanka Teatrında, Puşkin adına Leninqrad Dram Teatrında, Sankt-Peterburq Aleksandr Teatrında, “Mosfilm”də, Dovjenko adına kinostudiyada, Odessa kinostudiyasında və “Azərbaycanfilm”də fəaliyyət göstərib.

Müxtəlif ölkələrin istehsalı olan filmlərdə çəkilib: “Albaniyanın böyük döyüşçüsü Skanderbeq” (1953, rejissor Sergey Yutkeviç / Albaniya, Rusiya) flmində II Muradın oğlu Mehmet rolunda, “Andrieş” (1954, rejissorlar Yakov Bazelyan, Sergey Paracanov / Ukrayna) filmində Voynovan rolunda, “Meksikalı” (1955, rejissor Vladimir Kaplunovski / Rusiya) filmində, “Sevgilimin şərfi” (1955, rejissor Yevgeni İvanov-Barkov / Ukrayna) filmində Eldar Abukov rolunda, “Dağlarda uçqun” (1958, rejissor Vasili Juravlyov / Rusiya) filmində, “Kiçik faciələr: Daş qonaq” (1966, rejissorlar Antonun Dauson, Lyubov Fedotova / Rusiya) film-tamaşasında Don Quan rolunda, “Vətən oğulları” (1968, rejissor Lətif Fayziyev / Özbəkistan) filmində İsgəndər Səlimov rolunda, “Vəzir-Muxtarın ölümü” (1969, rejissorlar Roza Sirota, Vladimir Reçepter / Rusiya) filmində Hoca Abbas rolunda, “Düşmə bucağı” (1970, Rejissor: Gennadi Kazanski / Rusiya) filmində Aleksandr Rakov rolunda, “Qəzəb” (1979, rejiisor Sergey Yevlaxişvili / Rusiya) serialında Dolinski rolunda, “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində, “Nar adalarında” (1981, rejissor Tamara Lisiçian / Rusiya) filində Nar adaları Respublikasının nümayəndəsi rolunda, “And içilmiş yazı” (1983, rejissorlar Amiran Darsavelidze, Qiqa Lordkipanidze / Gürcüstan) serialında Potyomkin rolunda çəkilib.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub (2003-2013).

Əməkdar artist (1962), Xalq artisti (1982), “Şöhrət” ordeni laureatı (2007) Nodar Şaşıqoğlu 2013-cü ildə Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.