Ofeliya Novruzqızı

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

28 avqust 1980


Ofeliya Novruzqızı (Ofeliya Məmmədova Novruz qızı) Bakıda anadan olub.

Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano şöbəsində (1995-1999), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsində (2003-2007) təhsil alıb.

“Dəli yığıncağı” Pantomim Teatr-Studiyasında (1999-2000), Azərbaycan Dövlət Pantomim Teatrında (2000-2006). İlk dəfə ”Uçuş” adlı tamaşada Durna rolu ilə səhnəyə çıxıb. 1999-cu ildən dublyaj-səsləndirmə işi ilə məşğuldur. 2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır.