Orxan Ağazadə

Rejissor

Doğum tarixi:

30 avqust 1988


Orxan Mirsadıq oğlu Ağazadə Lənkəran şəhərinin Sütəmurdov qəsəbəsində anadan olub.

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində (2006-2011), London Film Məktəbində (2015-2018, LFS) kinematoqrafiya ixtisası üzrə təhsil alıb.

Space TV, İnternyus Azərbaycan və Xəzər TV-də çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2019-2021) və  London Film Schoolda (2021-2022) pedaqoji fəaliyyətlə məşğul olub.

Almaniya-Fransa istehsalı olan “Kinomexanikin qayıdışı” (2024) adlı tammetrajlı sənədli filmin rejissorudur. Filmləri müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Rejissor Orxan Ağazadə rejissor Mirsadıq Ağazadənin oğludur.
Rejissor Orxan Ağazadə operator Ruslan Ağazadənin qardaşıdır.