Ramil Ağasıyev
Rejissor
İkinci rejissor
Operator
Doğum tarixi:
16 aprel 1988
Ramil Rauf oğlu Ağasıyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivləri rejissorluğu ixtisasında (2007-2011), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində (2008-2010) təhsil alıb.
Məktəb illərində rəqslə məşğul olub, “Spider” şou-baletində rəqs edib. “İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radioda DJ, “Gənclərin Ümumrespublika Teatr Festivalı”nın icraçı direktoru (2011-2012), Planet Parni iz Baku studiyasında rejissor (2012-2015), Azərbaycan televiziyasında rejissor olaraq çalışıb.