Ramiz Vəliyev

Aktyor

Doğum tarixi:

05 fevral 1959


Ramiz Hidayət oğlu Vəliyev Gəncədə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru şöbəsində təhsil alıb (1981-1985, Şəfiqə Məmmədovanın kursu).

1990-cı ildən Gəncə Dövlət Dram Teatrında işləməklə yanaşı Gəncə Dövlət Nizami Poeziya Teatrında da aktyor fəaliyyətinə başlayıb.

Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatıdır. “Tərəqqi” medalı ilə təltif edilib (2013).