Rauf Şahsuvarov
Aktyor
Doğum tarixi:
16 fevral 1967
Rauf Arif oğlu Şahsuvarov Laçın şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1985-1991, Eldar Quliyevin kursu).
İlk təyinatını Şuşa Dövlət Musiqili Dram Teatrına alıb və müəyyən fasilələrlə burada çalışıb (1991-1992, 1993-1994, 1998-2001). Qarabağ müharibəsində iştirak edib (1991-1992). Bir müddət Rusiyada ticarətlə məşğul olub (1994-1998). Bakı Uşaq Teatrının aktyoru olub. “Laçınfilm” prodakşnı və nəzdində “Laçın” teatr studiyasını təsis edib.
Hazırda Laçında yaşayır.