Roza İbadova Kocamaz
Doğum tarixi:
14 may 1990
Roza İbadova Kocamaz (Roza İbadova) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsində (2008-2012), Türkiyənin Anadolu Universitetinin Mədəni irs və turizm ixtisasında (2023-...) təhsil alıb.
2010-cu ildə rejissor Cənnət Səlimovanın dəvəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına gəlib. İlk rolu Vaqif Əsədovun quruluşunda olan “Oliver Tvistin macəraları” tamaşasında (Çarlz Dikkens) Oliver rolu olub. “Mən böyümüşəm” uşaq verilişinin (Space TV, 2012-2014) və “Hoqqabaz” uşaq verilişinin (İTV, 2014-2015) aparıcısı olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb (2010-2016). İran film istehsalçılarının “Tacirlər” (2009) serialında tacirin qızı rolunda çəkilib.
Hazırda ailə vəziyyəti ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində yaşayır. İzmir Han Teatrında aktrisa və xoreoqraf olaraq çalışıb (2016-2018). İzmir şəhərində Xocalıya həsr olunan “Yol ayrımında” dramının (Orxan Muxtarlı) rejissoru olub.