Roza Zərgərli

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

27 mart 1979


Roza Zərgərli (Roza Allahverdiyeva Zərgər qızı) Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində anadan olub.

Musiqi Texnikumunda fortepiano sinfində, Musiqi Akademiyasında vokal ixtisasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər rejissorluğu ixtisasında (2001-2008, 2015-magistr) təhsil alıb.

Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015). “Sibir çiçəyi” adlı avtobioqrafik romanı nəşr olunub. Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur və 2016-cı ildən akademiyanın doktorantıdır. Müğənniliklə yanaşı televiziyalarda öz layihələri ilə aparıcılıq edib.