Rufat Ray
Doğum tarixi:
20 sentyabr 1992
Əslən Bakıdan olan Rufat Ray ABŞ-da yaşayan mükafatlı kommersiya rejissorudur. Onun peşəkar debütü olan "Quyu" (2023) qısametrajlı bədii filmi Almaniyada keçirilən Kottbus Beynəlxalq Film Festivalında dünya premyerasını edib, Fransada keçirilən Klermon-Ferrand Film Festivalında nümayiş olunub və Bakı Beynəlxalq Film Festivalında "Ən yaxşı film" nominasiyasında Qızıl Nar Mükafatını qazanıb (2015). Rufat Ray həmçinin 2023-cü il Vilnüs Beynəlxalq Film Festivalında MPV İstedadlar Yuvası Proqramında iştirak edib. Hazırda ABŞ-da yaşayan Rufat Ray Ohayo Universitetinin Film Məktəbində Film İstehsalı və Kinematoqrafiya üzrə magistr təhsili alır, Fulbrayt təqaüdçüsüdür.