Rza Xudiyev
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
05 mart 1962
Rza Əli oğlu Xudiyev Naxçıvanın Culfa rayonunda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1983-1987).
Orta məktəbdə oxuduğu illərdə dram dərnəyinə həvəs göstərib. 1987-ci ildə təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib.
2014-cü ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktorudur.
Naxçıvanın Əməkdar artisti (2000), Azərbaycanın Xalq artisti (2008), Qızıl Dərviş mükafatı laureatıdır (2007).