Səfa Qəhrəmanov

Musiqi ifaçısı

Doğum tarixi:

30 mart 1949

Vəfat tarixi:

05 may 2008


Səfa Hüseyn oğlu Qəhrəmanov Ağcabədinin Minaxorlu kəndində anadan olub.

Tibb Texnikumunda, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin Xanəndəlik şöbəsində (1974), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif işi fakültəsində (1990) təhsil alıb.

1970-ci ildə “Qızıl payız” muğam festivalında oxuduğu “Mənsuriyyə” ritmik muğamına görə müsabiqə qalibi kimi filarmoniyada keçirilən yekun konsertə vəsiqə alıb. Bu çıxışdan sonra Əhməd Bakıxanov onu ansamblına dəvət edib. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada “Mirzə Hüseyn segahı”nı ifa edib. 1991-ci ildən Opera və Balet Teatrında çalışıb. 1991-ci ildə ilk dəfə olaraq “Leyli və Məcnun” operasında Məcnun rolunda çıxış edib.

Pedaqoji fəaliyyətlə məşğul olub, Adil İsgəndərov adına Mədəniyyət sarayında muğam sinfində (1999-2008), Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deyib. 

Əməkdar artist (2000), Xalq artisti (2006) Səfa Qəhrəmanov 2008-ci ildə vəfat edib.