Səidə Quliyeva
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
05 mart 1957
Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1978).
1978-ci ildən təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladığı “Heç nədən hay-küy” (Vilyam Şekspir) komediyasında Hero rolu olub.
Əməkdar artist (2000), Xalq artistidir (2012).