Saleh Bağırov
Aktyor
Doğum tarixi:
10 mart 1981
Saleh Ramiz oğlu Bağırov Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq (1997-2001) və Sənətşünaslıq (2001-2003 magistratura) fakültələrində təhsil alıb.
2000-ci ildən Antenn FM-də aparıcı, paralel olaraq Akademik Milli Dram Teatrında aktyor vəzifələrində çalışıb. 2005-ci ildən İctimai Televiziyada çalışır. İctimai Televiziyanın ilk aparıcısı, televiziyanın Səhər proqramları departamentinin direktor müavini olub. Çoxsaylı dövlət proqramlarının, müxtəlif tədbir və konsertlərin aparıcısıdır.
Hazırda İctimai televiziyada fəaliyyətini davam etdirir.