Samirə Seyidbəyli

Montajçı Montaj assistenti Arxiv təminatçısı Yaradıcı heyətin üzvü Filmi səsləndirən Koordinator

Doğum tarixi:

28 noyabr 1971


Samirə Ağasalam qızı Seyidbəyli (Samirə Hacıyeva) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət müəssisələrinin meneceri fakültəsində Mədəni-maarif işi ixtisası üzrə təhsil alıb (1992-1997).

1988-ci ildə “Azərbaycanfilm” kinostudiyasının Lentlərin aşkarlanması sexində montajçı, Montaj sexində montaj assistenti (1990-1995), “Salnaməfilm” studiyasında (Salnamə sənədli filmlər studiyası) montajçı, arxivarius (1995-2023) kimi çalışıb.

2023-cü ildən Dövlət Film Fondunun əməkdaşıdır.