Səyavuş Hüseynli

Rejissor Aktyor Kreativ prodüser

Doğum tarixi:

02 sentyabr 1971


Səyavuş Kərim oğlu Hüseynli (Səyavuş Hüseynov) Gəncədə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1987-1992).

Gənclər Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb (1989-1992). Gənclər Teatrının ilk premyerası olan “Qətl günü” (Yusif Səmədoğlu) tamaşasında rol alıb (1989). Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub (1993-1994). “BİZ+” jurnalının baş redaktoru (2007-2011), bir çox TV kanallarında yayımlanan verilişlərin ideya müəllifi, layihə rəhbəri və rejissoru olub. “SOY” Production (1998) həmtəsisçisi və bədii rəhbəridir. Hazırda REAL TV-də yayımlanan “Real Vətən” səyahət verilişinin aparıcısı və rejissorudur.