Sevil Xəlilova
Doğum tarixi:
10 yanvar 1953
Vəfat tarixi:
28 noyabr 2011
Sevil Rza qızı Xəlilova Bakıda anadan olub.
“Azərbaycanfilm” kinostudiyası nəzdindəki Kino aktyoru kursunun axşam şöbəsində (1969-1970), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1970-1974, Adil İsgəndərovun kursu) təhsil alıb.
Tələbə ikən Akademik Milli Dram Teatrında Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji dramında professorun qızı rolunu ifa edib (1973). 1974-cü ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb.
Tacikistan istehsalı olan “Nisso. Gəncliyin ilk səhəri” (1979, rejissor Dövlətnəzər Xudonəzərov, 3 seriyalı) filmində çəkilib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (1986), Əməkdar artist (2002) Sevil Xəlilova 2011-ci ildə vəfat edib.