Şükufə Musayeva

Aktrisa

Doğum tarixi:

02 sentyabr 1966


Şükufə İmran qızı Musayeva Şuşada anadan olub.

Şuşa Mədəni-Maarif Məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsində (1988), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsində (1995) təhsil alıb.

1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır.

1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 

"Tərəqqi" medalı ilə təltif edilib (2013), Əməkdar artist (2000), Xalq artistidir (2018).