Tofiq Bayramov
Aktyor
Doğum tarixi:
22 yanvar 1943
Tofiq Qulaməli oğlu Bayramov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib (1965-1969).
Tələbə ikən “Sevil” tamaşasında (Cəfər Cabbarlı) Balaş rolunda oynayıb. 1969-cu ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Bir müddət Musiqili Komediya Teatrında çalışıb. 1995-ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb.
Əməkdar artistdir. “Tərəqqi” medalı ilə təltif olunub (2013).