Toğrul Nərimanbəyov
Geyim rəssamı
Əsərindən istifadə olunub
Aktyor
Doğum tarixi:
07 avqust 1930
Vəfat tarixi:
02 iyun 2013
Toğrul Fərman oğlu Nərimanbəyov Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində (1950), Vilnüs Rəssamlıq İnstitutunda (1955) təhsil alıb.
Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. "İstiqlal" (2000), "Şərəf" (2010) ordenlərinə, SSRİ və Azərbaycan Dövlət mükafatlarına (1974) layiq görülüb.
SSRİ və Azərbaycan Xalq rəssamı Toğrul Nərimanbəyov 2013-cü ildə Fransada vəfat edib, Parisin Passi qəbiristanlığında dəfn olunub.