Tural Əzizov

Aktyor Filmi səsləndirən Səs operatoru Bəstəkar Səs rejissoru

Doğum tarixi:

30 iyul 1980


Tural Fikrət oğlu Əzizov (Tural Fikrət Əzizov / Tural Əziz) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında təhsil alıb.

Teatr Xadimləri İttifaqı nəzdində “Zəfər” studiyasında, Akademik Milli Dram Teatrında, Şuşa Dram Teatrında rejissor və aktyor olaraq fəaliyyət göstərib. Televiziya və radiolarda rejissor, aparıcı, bəstəkar kimi çalışıb. Azərbaycanda ilk peşəkar beynəlxalq kastinq saytının müəllifidir: filmcasting.az. Səsləndirmə-dublyaj işləri ilə məşğuldur. Rusiyada peşəkar dublyaj və aktyorluq məktəbi keçib. Sənət müəllimi Al Paçinonun rəsmi Rusiya səsi Vladimir Yeryomindir. Xəzər TV-nin ana səsidir, Azərbaycanda 10-a yaxın brendin səsidir. Hazırda aktyor, rejissor, ssenarist, bəstəkar, dublyaj mütəxəssisi və aparıcı olaraq fəaliyyətdədir. Araz FM-də “Üçü birində” səhər şousunun aparıcısıdır.