Vladimir Pletnyov

Rəqqas / rəqqasə

Doğum tarixi:

08 dekabr 1946

Vəfat tarixi:

21 fevral 1988


Vladimir Nikolayeviç Pletnyov Göyçayda anadan olub. Ailəsini erkən itirib, Bakıya gələrək baba və nənəsinin himayəsində yaşayıb.

Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb (1957-1966).

Həzi Aslanov adına Zabitlər evində rəqs dərnəyinə gedib və burada kiçik balet partiyaları ifa edib (1953–1961). Xoreoqrafiya məktəbinin üçüncü sinfində oxuyanda "Yatmış gözəl" (Pyotr Çaykovski) baletindəki Karabos rolu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında debüt edib və qazandığı uğura görə son kursdan balet truppasına solist qəbul edilib. 1973-cü ildən Bakı Xoreoqrafiya Məktəbində duet rəqs dərsləri verib. 1978-ci ildə ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin olunub. 1979-cu ildə Voronej Opera və Balet Teatrında tamaşaya qoyulmuş "1001 gecə" (Fikrət Əmirov) əsərində balet məşqçisi işləyib. Milli Azərbaycan baletinin ifaçısı Qəmər Almaszadə haqqında monoqrafiyanın müəllifidir.

Əməkdar artist (1970), Xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974) Vladimir Pletnyov 1988-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu