Vüsalə Mirzəyeva
Doğum tarixi:
11 mart 1978
Vüsalə Vaqif qızı Mirzəyeva Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində təhsil alıb (1994-1998, 2002-magistratura).
Azərbaycan televiziyasında çalışdığı müddətdə (1998-2006) “Bəyaz rəqs”, “Bazar günü”, “Meloman”, “Nağılbazın nağılı”, “Harmoniya” kimi verilişlərin müəllifi və rejissoru olub. “Sabah” Yaradıcılıq Birliyində Ramiz Həsənoğlunun film-tamaşalarında ikinci rejissorluq edib (2000-2006). 2006-cı ildən Space TV-də öncə Xəbərlər departamentinin baş rejissoru, sonra isə Musiqili layihələr qrupunun rejissoru kimi fəaliyyət göstərib, “Azərbaycan xalq rəqsləri”, “Dastanlardan gəlmişik”, “VIP club”, “Sizin saat” verilişlərinə quruluş verib. Azad Azərbaycan televiziyasında yayımlanan “Üçüncü göz” verilişinin layihə rəhbəri və rejissoru olub (2016-2017). Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla əməkdaşlıq edib və musiqi kliplərinin, müxtəlif tədbir və konsertlərin quruluşçu rejissoru olub. Mətbuatda yazılarla çıxış edib. Hazırda müstəqil olaraq fəaliyyətini davam etdirir, sənədli filmlər və müxtəlif layihələr üzərində işləyir. “İlin ən yaxşı gənc rejissoru” mükafatına (2007), televiziya verilişlərində milli musiqinin təbliğinə görə “Qızıl Buta” mükafatına (2007) layiq görülüb.