Yefim Abramov

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

14 avqust 1948

Vəfat tarixi:

07 sentyabr 2026


Yefim Abramov (İfraim Abramov / Efraim Abramov) Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1974-1980, İqor Talankin və Georgi Daneliyanın kursu).

“Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib (1980-1990).

Xarici film istehsalçılarının “Limonlu kofe” (1994, rejissor Leonid Qoroves / İsrail, Rusiya) filmində inzibatçı rolunda çəkilib, “Verona səması altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

1990-cı ildən İsrailin Aşdod şəhərində yaşayıb.

Yefim Abramov 2026-cı ildə İsraildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu