Yuliya Heydərova

Aktrisa

Doğum tarixi:

07 mart 1979


Yuliya İqoryevna Heydərova (Yuliya Sidorova) Bakıda anadan olub.

Bakı Musiqi Kollecində (1995), Bakı Musiqi Akademiyasının Solo oxuma fakültəsində (1998-2002, Natəvan Şeyxovanın sinfi / 2002-2004, magistratura Fidan Qasımovanın sinfi / 2008-2010, aspirantura Fidan və Xuraman Qasımovanın sinfi) təhsil alıb.

“Atikva” xorunda solist kimi fəaliyyət göstərib (1996-2000). 2000-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunub. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyətini davam etdirir. Respublika və beynəlxalq festivallar laureatıdır. Səsi sopranodur.