Ziyadxan Əliyev

Məsləhətçi

Doğum tarixi:

01 iyul 1948

Vəfat tarixi:

16 mart 2025


Ziyadxan Alxan oğlu Əliyev Şəmkirdə anadan olub.

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində (1974), İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb.

Azərbaycan Milli İncəsənət Muzeyində elmi işçi, Qərbi Avropa və rus incəsənəti şöbəsinin müdiri (1980–1993) vəzifələrində çalışıb. Həmin illərdə onun tədqiqatları sayəsində fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, rəssam Qənbər Qarabağinin və memar Zivər bəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub. “Səttar Bəhlulzadənin yaradıcılığında romantizm” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində incəsənət tarixi fənnini tədris edib. Azərbaycan Rəssamlıq Akademiyasında İncəsənət tarixi kafedrasının professoru olub. Onlarla kitabın, kataloq mətnlərinin, yüzlərlə məqalənin müəllifidir.

Əməkdar incəsənət xadimi (2006), sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev 2025-ci ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu