Zöhrəli Əliyev

Aktyor

Doğum tarixi:

21 aprel 1958


Zöhrəli Baloğlan oğlu Əliyev Beyləqanda anadan olub.

Bakı Mədəni-Maarif Məktəbinin Özfəaliyyət teatr kollektivi rəhbəri ixtisasında (1975-1980) və Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1983-1988) təhsil alıb.

1980-ci ildən Beyləqan şəhərində mədəniyyət sahəsində müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, ədəbi hissə müdiri vəzilərində çalışıb. Hazırda baş rejissorun truppa üzrə köməkçisi olaraq fəaliyyətini davam etdirir. Aktyor kimi də fəaliyyət göstərir.