Zülfiyyə Alhüseynova
Aktrisa
Doğum tarixi:
26 iyun 1977
Zülfiyyə Saqif qızı Alhüseynova Qazaxda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).
2001-ci ildən Bakı Kamera Teatrının, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Xarici film istehsalçılarının “Arzular” (2005, rejissor Rəhbər Qənbəri / İran) və “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi / İran) filmlərində çəkilib.