04 fevral 2026 Mənbə: kinobiz.az

QALİB LAYİHƏLƏR ÜZRƏ İSTEHSAL BAŞLADI

QALİB LAYİHƏLƏR ÜZRƏ İSTEHSAL BAŞLADI

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”də qalib gələn layihələrin istehsalçı şirkətləri ilə müqavilələr bağlanmağa başlayıb. Müqavilə bağlanan şirkətlər və layihələrinin siyahısını təqdim edirik: 


“Kölgəsiz adamlar” (qısametrajlı animasiya filmi) - HochazFilm Creative Studio; 
“Eyni yağışın altında” (qısametrajlı animasiya filmi) və “Oyun” (qısametrajlı tələbə animasiyası) - Peri Film MMC; 
“İşıq” (qısametrajlı bədii film) - Kinobiz MMC; 
“Ağacdələn” (qısametrajlı bədii film) - Karvan Production MMC;
“Sərt gözəllik” (sənədli film) - OD Media-Production MMC.
"Köçəri" (bədii-sənədli film) - Rental Azərbaycan MMC
"Divarın o üzü" (qısametrajlı bədii film) - And Production MMC
"Qarabağ-Qafqaz Albaniyası abidələri" (bədii-sənədli film) - Rakurs Film-Media MMC


Bütün istehsalçı şirkətlərə və onların komandalarına uğurlar arzu edirik!

İndi paylaş: