Vagif Asadullayev

Producer Chief producer Project manager Executive producer Administrator Assistant of director Helper of director

Birth date:

05 January 1947


Vaqif Höcət oğlu Əsədullayev Bakıda anadan olub.

Bakı Maliyyə-Kredit Texnikumunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb.

1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında işıqçı vəzifəsinə işə qəbul olunub. Elə həmin ildən rejissor köməkçisi kimi çalışıb.

1976-cı ildə Moskvaya köçüb. Bir müddət Moskvada Dövlət Kino Komitəsində işləyib (1976-1989). Burada xarici ölkələrlə müştərək kino çəkilişləri təşkil edən Beynəlxalq Kino Festivalları Müdiriyyəti “Sov.İnter.Fest” və “Sov.İn.Film”də çalışıb. 1989-cu ildə İnterDet MMC-yə vitse-prezident seçilib və baş direktor vəzifəsinə təyin olunub. 

2002-ci ildə Bakıda “Sarvan” kinostudiyasına baş direktor vəzifəsinə təyin olunub və 2004-cü ilədək burada işləyib. 2005-ci ildə A.S.V.A Profi XII əsr kinostudiyasını təsis edib və 2009-cu ilədək onun baş direktoru olub. 2009-cu ildən ANS TV-nin “Bakıfilm” kinostudiyasının baş direktoru olub.

Xarici film istehsalçılarının çəkdikləri “Ətli-canlı” (1990, rejissor Boris Qriqoryev / Ukrayna), “Şəhər” (1990, rejissor Aleksandr Bursev / Rusiya), “Əfqanlar” (Böyük Britaniya), “Getmək, getməmək” (Avstriya), “Qırmızı imperiya” (sənədli serial / Böyük Britaniya), “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya), “Marinanın taleyi” (ABŞ), “Pasternak ömrü” (Almaniya) filmlərinin prodüseri və icraçı prodüseri olub.

Prodüser Vaqif Əsədullayev prodüser Elman Əsədullayevin qardaşıdır.


Filmography

Poster Name of film Year of production Type Status in film