Sonuncu foto (2022)
İş gününün sonunda bir polis, tibbi ekspert və müstəntiq intihar hadisəsinin baş verdiyi yerə gəlir. Rutin araşdırma və nişanlının ifadəsi ilkin olaraq adi bir prosedur kimi görünür – heç bir şübhəli məqam yoxdur. Lakin kiçik bir səhv hər şeyi dəyişir. Qanun və vicdanın toqquşduğu bu anda sadə bir iş günü gözlənilmədən mənəvi və etik dəyərlərin sınağa çəkildiyi bir savaşa çevrilir. Sonda isə tək bir sual qalır: mərhəmətimizin sərhədləri harada bitir?
Filmin premyerası 2Annas Riqa Beynəlxalq Qısa Film Festivalında (2022) baş tutub.

Növü:
qısametrajlı bədii film