Buta (II) (2011)

Film böyük sevgi - insana və Allaha məhəbbət haqqında pritçadır. Baş qəhrəmanlar həyat yolunun lap başlanğıcında olan uşaqlardır. Azyaşlı Butanın bəxti daha çox gətirib - onun müdrik müəllimi var. Maye halında sabun satan qoca. O, hər işdə Butaya kömək edir. Köhnə dəyirmanı bərpa etmək isə onun ən böyük arzusudur. Buta isə dağın başında ancaq quş uçuşu hündürlüyündən görünə bilinəcək buta naxışını qurmaq istəyir. Paxıllıq edən kənd uşaqları ona mane olurlar. Sabun istehsalçısı olan şirkətin nümayəndəsi kəndə məhsullarını reklam etməyə gəlir və yerli qız Qönçəyə vurulur. Qöncə sevgilisinə qovuşmaq üçün toxuduğu - “həyat xalçasını” tezliklə bitirməlidir. Bir neçə xətt paralel sonlanır. Qönçə “həyat xalçasını” bitirir, Buta öz butasını tamamlayır, qoca da köhnə dəyirmanı bərpa edib ... əbədi yuxuya gedir.

Film İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Avanti” layihəsi çərçivəsində qalib gəlmiş ssenarilərdən biridir. 2007-ci ildə İlqar Nəcəf kinodramaturq Ramiz Fətəliyevlə birlikdə “Buta” ssenarisinin yeni variantını hazırlayıb və 2009-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsalata buraxılıb.

Filmin çəkilişləri Şamaxının Zarat, Xeybər, Avaxlı, Ərçivan və Dəmirçi kəndlərində aparılıb.

 

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Prodüser:

Baş prodüser:

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir