Suğra və oğulları (2021)

İkinci dünya müharibəsi... Ucqar kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Müharibədən yayınmış kiçik bir dəstə dağlarda gizlənir. Suğranın oğlu Musa da onlara qoşulandan sonra kiçik qardaşı Bəxtiyar dəstə ilə kənd arasında əlaqələr yaradır. Əxlaqsız kolxoz müdiri Barat dəstə üzvü Əhəd tərəfindən öldürüldükdən sonra Xüsusi Xidmət orqanları dəstənin axtarışına başlayır. Bundan sonra Suğra və oğlanları üçün dramatik dönüş başlayır.

 

Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

 

Film “Asian Pasific Screen Awards 2021” “Ən yaxşı ssenari” mükafatı üzrə nominant olub.

İstehsalçı ölkə:

Azərbaycan

Yaş həddi:

18+

Janr:

dram

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir