Azərbaycanfilm kinostudiyası
Təsis tarixi: 1923
1895-ci ilin dekabrında dünyaya ilk qədəmlərini atan “kino” sənəti cəmi iki il sonra, 1898-ci ildə Azərbaycana da gəlib çıxır. 1998-ci ilin yanvar ayında Bakıda ilk film nümayişləri təşkil olunur. Bu, əsasən, Fransada çəkilmiş kino-süjetləri idi.
Bakı elmi foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişonun kinonun baniləri Lümyer qardaşlarından kinoaparat almışdı. O, 1898-ci ilin may ayından etibarən Bakı həyatından bəhs edən bir neçə süjet çəkir.
Keçən əsrin əvvəllərində xarici kino şirkətləri Bakıda film istehsalı ilə məşğul olmağa başlanışdılar. Pirone qardaşlarının kinofabriki, “Pate” şirkəti, “Filma” səhmdar cəmiyyəti və başqa xaricilər Bakıda film çəkilişlərini həyat keçirirdilər.
1920-ci il iyulun 4-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanov “Kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında” dekret imzaladı. Xalq Mədəniyyət Komissarlığının tərkibində İncəsənət Şöbəsi yaradıldı.
1920-ci il dekabr ayının 20-də Azərbaycan Xalq Maarif Komissarlığı kollegiyasının iclasında “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi.
Xalq Komissarları Sovetinin 1923-cü il 5 mart tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradıldı.
1923-cü il aprelin 28-də I Dövlət Kinofabrikinin açılışı oldu. “Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisədən başlanır.
Şərq xalqları küçəsi ilə (indiki Azadlıq prospekti) Birja küçəsinin (indiki Üzeyir Hacıbəyli küçəsi) kəsişdiyi yerdə inqilabdan əvvəl “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin ixtiyarına verildi. Bina kinofabrikə uyğun şəkildə dəyişdirildi: restoranın zalı xeyli genişləndirildi, xırda otaqların arakəsmələri götürüldü, divarları hündürləşdirildi. Beləliklə də, iri zal 36X16 metr sahəsi olan yeni kinopavilyona çevrildi. Həyətdəki limonad zavodu söküldü və onun yerində plyonka emalı üzrə sex və başqa yardımçı binalar inşa edildi. Xaricdən kino avadanlığı gətirildi.
Hökumət üzvü Səməd Ağamalı oğlunun və şəhər ictimaiyəti nümayəndələrinin iştirakı ilə 1923-cü il aprelin 28-də kinofabrikin rəsmi açılışı oldu.
Kinostudiyanın hazırkı binasının əsası isə 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırıldı.
TARİX |
KİNOSTUDİYANIN ADI |
TABE OLDUĞU QURUM |
1923 |
I Dövlət Kino Fabriki |
Azərbaycan Foto-Kino İdarəsi |
1923-1927 |
I Dövlət Kino Fabriki / Azdövlətkino |
Azərbaycan Foto-Kino Sənaye və Ticarət Birliyi |
1927-1930 |
Oktyabrın X illiyi adına kinofabrik / Azdövlətkinosənaye |
Azərbaycan Foto-Kino Sənaye və Ticarət Birliyi / Azdövlətkinosənaye |
1930-1931 |
Azərkino |
Azərbaycan Foto-Kino Sənaye İdarəsi |
1931-1938 |
Azərfilm |
|
1938-1944 |
Bədii filmlərin Bakı kinostudiyası |
Kinematoqrafiya İşləri üzrə komitə |
1944-1948 |
Kinematoqrafiya İşləri üzrə idarə |
|
1948-1953 |
Bədii və xronikal filmlərin Bakı kinostudiyası |
Kinematoqrafiya nazirliyi |
1953-1958 |
Mədəniyyət nazirliyi |
|
1958-1960 |
Azərbaycanfilm |
|
1960-1963 |
Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası |
Mədəniyyət nazirliyi |
1963-1988 |
Kinematoqrafiya Komitəsi |
|
1988-1989 |
Mədəniyyət Nazirliyi |
|
1989-1991 |
Mədəniyyət nazirliyi “Azərkinovideo” İstehsalat Birliyi |
|
1991-2001 |
“Azərkinovideo” İstehsalat Birliyi |
|
2001-2003 |
Mədəniyyət nazirliyi Kino işləri baş İdarəsi |
|
2003-2006 |
Mədəniyyət nazirliyi Kinematoqrafiya şöbəsi |
|
2006-2018 |
Mədəniyyət və turizm nazirliyi Kinematoqrafiya şöbəsi |
|
2018-2020 |
Mədəniyyət nazirliyi Kinematoqrafiya şöbəsi |
|
2020-2023 |
Mədəniyyət nazirliyi Audiovizual və interaktiv media şöbəsi |
|
2023 - .... |
Mədəniyyət nazirliyi |
Filmoqrafiya
-
#yoxdubeləsöhbət 2017 tammetrajlı bədii film
-
Abidələr danışır 1964 sənədli film
-
Abşeron rəngləri 1982 sənədli film
-
Ad günü 1977 tammetrajlı bədii film
-
Abşeron, ay Abşeron 1990 sənədli film
-
Abşeron ritmləri 1970 film-tamaşa
-
Buta (II) 2011 tammetrajlı bədii film
-
Nar bağı 2017 tammetrajlı bədii film
-
Zabit şərəfi 2015 qısametrajlı bədii film
-
Zirvə 1964 qısametrajlı bədii film
-
Zirzəmi 1990 tammetrajlı bədii film