Abşeron ritmləri (1970)
Film incəsənət ustalarının zəhmətkeşlər qarşısında yaradıcılıq hesabatıdır. Filmdə bu musiqilər səslənir: “Sənsiz dünya” (bəstəsi: Rauf Hacıyev, sözləri: Onegin Hacıqasımov, ifa edir: Rəşid Behbudov), “Azərbaycanım” (bəstəsi: Rauf Hacıyev, ifa edir: Rəşid Behbudov), “Ey xəyal”-“Arzu” (bəstəsi: Oqtay Kazımi, sözləri: Fikrət Qoca, ifa edir: Rəşid Behbudov), “Ey həyat, sən nə qəribəsən” (bəstəsi: Oqtay Kazımi, sözləri: Cabir Novruz, ifa edir: Qaya vokal-instrumental ansamblı), “İntizar” (bəstəsi: Oqtay Kazımi, sözləri: R.Heydər, ifa edir: Flora Kərimova), “Sədaqət” (bəstəsi: Ələkbər Tağıyev, sözləri: Süleyman Rüstəm, ifa edir: Zeynəb Xanlarova), “Yeddi gözəl” baletindən adacio (bəstəsi: Qara Qaarayev, ifa edirlər: Rəfiqə Axundova, Vladimir Pletnyov), “Sən danışanda”-“Səsini eşidirəm” (bəstəsi: Tofiq Babayev, sözləri Nəbi Xəzri, ifa edir: Qaya vokal-instrumental ansamblı), “Qayalar”-“Köhnə qayalar” (bəstəsi: Xəyyam Mirzəzadə, sözləri: Anar Rzayev, ifa edir: Oqtay Ağayev), “Düşüncə” (bəstəsi: Rafiq Babayev, ifa edir: Rafiq Babayevin idarəsilə kvartet). Filmin çəkilişləri Bakı, Göygöl, Şəki, Gəncə və Xəzər dənizində aparılıb. Film Mərkəzi Televiziyanın sifarişi ilə çəkilib.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Texniki göstəricilər:
Janr:

Növü:
film-tamaşa
Rejissor:
Operator:
Rəssam:
Ssenari müəllifi: