44 (2026)
“44” bədii filmi bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.
Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir.
“44” sadəcə müharibə haqqında film deyil.
Bu film qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
“44” Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir!
Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada 130-dan çox məkanda aparılıb.
Filmin istehsalı beş il çəkib, çəkilişlər 2500 hərbçinin və ordunun bütün qoşun növlərinin iştirakı ilə aparılıb. Ümumilikdə filmdə əsas rollarda 32, epizodik rollarda 1143 aktyor, kütləvi səhnələrdə isə 2000-dək iştirakçı çəkilib. Aktyorlar arasında Vətən müharibəsi iştirakçıları da var.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə çəkilib.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Kinoteatr nümayiş tarixləri:
Kinoteatr nümayiş şəbəkəsi:
Növü:
tammetrajlı bədii film
Rejissor:
Rollarda:
Ssenari müəllifi:
Rejissor assistenti:
Operator:
Rəssam:
Bəstəkar:
Montaj rejissoru :
Montajçı:
İkinci rejissor:
Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor):
Əlbəsə ustası:
Dekor rəssamı:
İcraçı prodüser:
Prodüser:
Baş prodüser:
Bədii rəhbər:
Bütün rəylər
Gözəldi
Zəhra