“AIAZ” Beynəlxalq Qısa Film Festivalı


Təsis tarixi: 2025
Məkan: Bakı

“AİAZ” film festivalı Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalıdır. AIAZ həm Artificial Intelligence Azerbaijan (Azərbaycan Süni İntellekti), həm də festivalın süni intellekt əsaslı jüri sisteminin adıdır. Bu, insan yaradıcılığı ilə maşın düşüncəsinin simbiyozunu ifadə edir.

Festivalın təsisçisi Murad Şükürlü, direktoru Sahil Məmmədov, art direktoru Mirvüqar Abdulov, kreativ direktoru Məleykə Məmmədova, media direktoru Səməd Ağayevdir.

 

 

I “AIAZ” Beynəlxalq Qısa Film Festivalı

Tarix: 15-16 noyabr 2025

Festival iki gün ərzində kino sənətində süni intellekt dövrünün başlanğıcını və sənət ilə texnologiyanın sintezini nümayiş etdirib. Film nümayişlərindən əlavə, süni intellekt mütəxəssisi Ümid Salay ustad dərsi keçib, ənənəvi kinoya süni intellekt həlləri gətirən “Jafjab” startapı təqdim olunub və mükafatlandırma mərasimi təşkil edilib.

Qaliblər:
“Süni intellektlə hazırlanmış ən yaxşı yerli qısametrajlı film”: KhatAI - Rəvan Muradov
“Süni intellektlə hazırlanmış ən yaxşı beynəlxalq qısametrajlı film”: Tək yol - İqor Xarlamov
Xüsusi mükafat: Ana yurd - Aişə Hacıyeva
“Ekoloji təsir mükafatı” yerli müsabiqədə - Güzgü: İnsanlığın əks tərəfi - Ruslan İbrahimli
“Ekoloji təsir mükafatı” beynəlxalq müsabiqədə - İqlim böhranı - Piter Vadoç

   “AIAZ” Beynəlxalq Qısa Film Festivalı

Sayt:

https://www.aiazff.com/

Əlaqə:

+99450 3514024

Elektron poçt:

info@aiazff.com