Ədhəm Qulubəyov

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

12 iyun 1918

Vəfat tarixi:

15 dekabr 1994


Ədhəm Əbdülxəlil oğlu Qulubəyov Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra AzQaz trestində korroziya üzrə texnik olaraq çalışmağa başlayıb. Müharibədə iştirak etdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenari üzrə təhsil alıb (1945-1950). 1950-ci ildən Bakı kinostudiyasında redaktor kimi çalışıb. Kino haqqında kitabların müəllifidir.

Ədhəm Qulubəyov 1994-cü vəfat edib.