Afaq Əbdülqızı

Ssenari müəllifi

Doğum tarixi:

22 fevral 1973


Afaq Əbdülqızı (Afaq Qəmbərova Əbdül qızı) Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix-şərqşünaslıq şöbəsində təhsil alıb (1995).

AMEA-nın Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsində çalışıb. Səfəvilər dövrünə dair elmi məqalələri çap edilib, beynəlxalq konfranslarda məruzələr edib. Məqalələri, hekayələri və bədii yazıları dövri mətbuatda çap edilib. Uzun illər müxtəlif televiziyalarla əməkdaşlıq edib. Lider TV-də redaktor, müəllif və aparıcı kimi fəaliyyət göstərib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbu orqanı olan “Cəmiyyət və din” qəzetində jurnalist kimi çalışıb (2010-2014).

2014-cü ildən Xəzər Universiteti DÜNYA Məktəbində İctimaiyyətlə əlaqələr və Media koordinatorudur.